Ərzaqlar:

(35-40 bulka alınır)

200 qr kərə yağı
2,5 st süd
3 ədəd yumurta(2 sarısı üzünə)
3/4 st şəkər tozu
3/4 ç.q duz
1 paket tez maya1 paket vanilAparanadək un2 x.q duru yağ(bulkalar hazırlandıqdan sonar üzünə çəkilmək üçün)

Hazırlanması:

Unu dərin bir qaba ələyirik.(Əvvəlcə 6 -7 st un götürün. Sonra lazım olduqca əlavə edərsiniz.)Üstünə şəkər tozunu, duzu, mayanı, vanili tökürük.Yumurtanın ikisinin sarısını üzünə çəkmək üçün saxlayıb qalanı unun üstünə tökürük.
Südü ilıq istidirik. Yağı isə əridirik ilıq olanadək gözləyirik.Süd ilə yağı unun üstünə əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq.(Lazım gəldikcə undan tökürük.)

Xəmirin üstünə klyonka çəkib isti yerdə acımağa qoyuruq.
Xəmir 1-1,5 saata acıyacaq.

Xəmirdən balaca kündələr düzəldirik.

Soba qabına kağız qoyub kündələri qoyuruq.
Üzünə az duru yağ çəkirik. Yenidən üzünə klyonka çəkib 30 dəqiqə ya da 1 saat saxlayırıq (Ona görə saxlanılır ki, kündələr şişməlidir)

Sonra üzünə yumurta sarısı çəkib 180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments