Ərzaqlar:


500 q çəkilmiş qoyun ya da mal əti
1 ədəd baş soğan
2-3 diş sarımsaq
50 q holland pendir
Qızartmaq üçün bitki yağı
Duz
Istiot

Hazırlanması:

Soğan ilə sarımsağın qabığını soyub yuduqdan sonra blenderdən keçiririk. (Ət, sarımsaq, soğan ət çəkən maşından birgə keçirə bilərsiniz)

Çəkilmiş ətin üstünə soğan ilə sarımsağın çəkilmişini, duz, və istiotu töküb yaxşı qarışdırırıq.

Pendiri 10 yerə bölürük.

Qarışdırılmış ətdən az-az götürüb yumrulayıb içinə pendir qoyub bükürük.


Tavada yağda hər bir tərəfini qızardırıq.

Kotletin yanında istədiyiniz xuruşu verə bilərsiniz.

Nuş olsun.

Comments

comments