Ərzaqlar:


500 q şəkilmiş may ya da qoyun əti
1 ədəd baş soğan
2-3 diş sarımsaq
100 q sarı bərk pendir
150 q xama
Duz
Istiot

Hazırlanması:

Soğan ilə sarlmsağın qabığını soyub yuduqdan sonra blenderdən keçiririk. (Ət, sarımsaq, soğan ət çəkən maşından birgə keçirə bilərsiniz)

Çəkilmiş ətin üstünə soğan ilə sarımsağın çəkilmiini, duz, və istiotu töküb yaxşı qarışdırırıq.

Qarışdırılmış ətdən az-az götürüb yumru kotletlər düzəldirik.
Soba qabına kağız sərib yan-yana kotletləri yığırıq.
Üstünə xama çəkirik.

200-210 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.

Bu arada pendiri süzgəcin xırda gözündən keçiririk.

Yarı bişmiş kotletləri sobadan çıxarıb üstünə pendir səpib yenidən sobaya qoyuruq.

Pendir əriib qızılı rəng olanda yeməyi sobadan götürürük.
İsti-isti süfrəyə veririk.
Kotletin yanında istədiyiniz xuruşlar verə bilərsiniz.

Nuş olsun!

Comments

comments