Ərzaqlar:


4 st düyü
4-5 x.q əridilmiş kərə yağı
500 q çəkilmiş qoyun ya da mal əti
1/2 st zirinc
Duz
Istiot
Zəfəran
Qazmaq üçün:(istədiyiniz qazmaq növünü düzədə bilərsiniz)
3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:

Əti 1 baş soğan ilə ət maşınından keçirib duz və istiot vurub yağda qovururuq.

Zirinci təmizləyib yuyub qovrulmuş ətin üstünə töküb qarışdırıb götürürük.

Düyünü adi qaydada duzlu suda bişirib süzürük.


Qazana az yağ töküb istidib düyü və yumurta ilə qatıq qarışığını töküb qarışdırıb qalınlığı 1 sm olmaqla yayırıq.


Süzülmüş düyüdən tökürük.

Düyünün üstünə zirincli qiyməni əlavə edirik.

Qalan düyünü də töküb üstənə yağ əlavə edib plovu dəm almağa qoyuruq.
Plov 1 saata dəm alacaq.

Dəmlənmiş plovun düyüsünü qaba təpəcik şəklində yığıb ortasına zirincli qiymədən töküb yanlarını qazmaqla bəzəyirik.
Üstünə qaynaryağ töküb plovu süfrəyə veririk.

Nuş olsun!

Comments

comments