Ərzaqlar:


Xəmir üçün:
200 q kərə yağı
200 q xama
1/2 st şəkər tozu
1 paket qabartma tozu
2,5 st un
İç üçün:
4-5 ədəd alma
1 x.q nişasta
1/2 st şəkər tozu
1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkr tozunu çalırıq.

Xamanı əlavə edib tam qarışanadək çalırıq.

Qabartma tozunu və unu əlavə edib əvvəl az çalıb sonra əlimizlə yumşaq xəmir düzəldirik.

Hazır xəmiri kloka qoyub 1 saatlıq soyuducuya qoyuruq.
İçliyi hazırlayırıq.
Almanı yuyub qabığını soyub sürtgəcin böyük gözündən keçiririk.

Çəkilmiş almanın üstünə nişasta, çəkər tozunu və vanili töküb qarışdırırıq.

Xəmiri soyuducudan çıxarıb 2/3 hissəsini qabı yağlayıb qaba yayırıq.(qabın diametri 26 sm)

İçi töküb yayırıq.

Qalan xəmri yayıb şəkildəki kimi kəsib içliyin üstünə qoyub yanlarını bərkidirik. Piroqun üstünü istədiyiniz kimi düzəldə bilərsiniz.


180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq. Tam soyuduqdan sonra istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments