Ərzaqlar:
Xəmir üçün:
4 st un
300 q kərə yağı
200 q xama
3 ədəd yumurta (yumurtanın ağının biri içliyə əlavə olunur)
2 x.q şəkər tozu
İç üçün:
500q qoz ləpəsi
200 q şəkər tozu
1 yumurtanın ağı
Ç.q ucunda hil
Hazırlanması:
Un ilə yağı ovuruq.
Üstünə xamanı, yumurtanı və şəkər tozunu əlavə edirik.
Yumşaq xəmir düzəldirik. Xəmiri 15 dəqiqə soyuducuda saxlayırıq.
İçliyi hazırlamaq üçün qovrulmuş qozu maşından keçirib şəkər tozu, hil və 1 ədəd yumurtanın ağı ilə qarışdırırıq.(yumurta kiçik olsa onda iki yumurta götürməlisiniz)
Xəmiri 5 yerə bölürük.
Bir kündəni götürüb az un səpib oxlovla 2-3 mm qalınlıqda yayırıq.Sonra yuxanı bıçaqla 8 yerə bölürük.
Hər kəsilmiş hissəyə 1 x.q içlik qoyub bükürük.
Bu şəkildə bütün kündələri yayıb kəsib içlik qoyub bükürük. Qaba kağız sərib mütəkkələri aralı düzürük.Düzdükdə uc hissələri alta qoyuruq ki, bişdikdə aralanmasın.
200 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.
Zövqə görə soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!