Ərzaqlar:

1 ədəd toyuq

1 kq ət (500q mal əti+500q qoyun əti)

250 q təmizlənmiş şabalıd

3 ədəd baş soğan

5-6 ədəd albuxara

1 x.q alça turşusu

1/2 ç.q sarıkök

Duz

Istiot

Qeyd: Arzuman küftəsini bölgələr üzrə müxtəlif növdə bişirilir.

1. Yuxarıda göstərdiyimiz kimi.

2. Ətin içinə toyuq, toyuğun içinə bişmiş yumurta qoyub bişirilir.

3. Ətin içinə toyuq, toyuğun içinə bildirçin və bildirçinin içinə yumurta qoyulub bişirilir.

4. Sadə şəkildə ətin içinə bişmiş yumurta qoyularaq bişirilir.

5. Bəzən suyuna kartof əlavə olunub bişirilir.

6. Bəzən də ətinə düyü də əlavə olunur.

Hazırlanması:

Toyuğu (cücəni) təmizləyib yuyub üstünə sarıkök, duz, istiot və içinə alça turşusu vururuq. İçinə şabalıdı az duzlayıb albuxara ilə yığırıq.

Əti ətçəkən maşından soğanla bərabər keçiririk. Ətə duz, istiot və sarıkök vurub yaxşı qarışdırırıq.

Əti yuyulmuş təmiz tənzifin üstünə yumru yayırıq.

İçi doldurulmuş toyuğu ətin ortasına qoyuruq.

Ehtiyatla tənzifin köməkliyi ilə hərtərəfli bükürük.

Tənzifin ağız hissəsini bağlayırıq. Böyük qazana 5 l su töküb duz əlavə edirik. Su qaynayanda qazanın ağzına oxlov qoyub bağladığımız arzuman küftəsini oxlova keçiririk. Qazana salırıq. Su əvvəlcə gür odda qaynayır kəfini yığırıq. Sonra normal oda qoyub 2,5-3 saat bişiririk. Suyuna sarıkök də əlavə edirik. (Bəzən suya ət bişənə yaxın kartof da əlavə edib bişirirlər)

Bişmiş arzuman küftəsini sudan çıxarırıq.

Bir qaba qoyuruq. Suyunu qablara tökürük. Zövqə görə suyuna nanə qurusu səpirik.

Bəzən də suyuna keşniş və cəfəri tökülür. Süfrəyə verildikdə yanında nanə qurusu və sumaq verilir.

Nuş olsun!

Comments

comments