Ərzaqlar:
Xəmir:
1,5 st un
1 ədəd yumurta
100 q kərə yağı
2 x.q şəkər tozu
İçlik üçün:
600 q kəsmik
100 q xama
4 x.q şəkər tozu
3 ədəd yumurta sarısı
1 x.q mannı
1/2 paket vanil
300 q moruq
Üz üçün:
1 st şəkər tozu
3 ədəd yumurta ağı
1/2 paket vanil
Hazırlanması:
Ələnmiş unla yağı ovuruq.
Şəkər tozunu yumurtanı əlavə edib qarışdırırıq.
Xəmiri düzəldib soyuducuya qoyuruq.
İçliyi hazırlayırıq. Yumurtanın ağını sarısından ayırıb sarısını içliyə əlavə edirik. Ağını isə soyuducuya qoyuruq.
Kəsmiyi yumurta sarısı ilə qarışdırırıq.
Şəkər tozunu əlavə edib yenə qarışdırırıq.
Xamanı əlavə edib qarışdırırıq.
Mannını və vanili əlavə edib qarışdırırıq.
Xəmiri soyuducudan çıxarıb qaba qoyub yayırıq.(Qabın diametri 26 sm) Əgər qabınız yapışandırsa onda yağlayıb un səpib sonra xəmiri qoyub yayarsınız.
Xəmirin üstünə moruğu tökürük.
Sonra içliyi töküb yayırıq. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqəyə bişiririk.
Üzü hazırlayırıq.Yumurta ağını soyuducudan götürüb köpüklənənə qədər mikserlə çalırıq.
Sonra az-az şəkər tozunu və vanili əlavə edib bərkiyənədək çalırıq.
Sobadan piroqu çıxarıb üzlüyü töküb yayırıq. Yenidən sobaya qoyuruq.
Yenidən 10-15 dəqiqə sobada bişiririk. Sonra sobanı söndürün soyuyana qədər içində qalsın.
Tam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!