Ərzaqlar:

Biskvit üçün:

200 q xama
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket vanil
1 paket qabartma tozu
Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.

Krem üçün:

250 q maskarpon pendiri
200 q krem qaymaq
6 x.q şəkər pudrası
1 paket vanil

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırırıq.

Ağını bərkiyənədək mikserlə çalırıq.

Sonra şəkər tozunun yarısını az-az üstünə əlavə edib mikserlə çalırıq.

Yumurta sarılarını mikserlə çalırıq.
Sonra üstünə şəkər tozunu əlavə edib ağaranadək çalırıq.

Xamanı əlavə edib tam qarışanadək çalırıq.

Vanili, qabartma tozunu və unu ardıcıl əlavə edib mikserlə çalırıq.

Sonra yumurta ağından az-az töküb qaşıqla qarışdırırıq.


Diametri 26 sm olan soba qabını yağlayıb ya da kağız sərib xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra iki yerə bölüb tortu hazırlayırıq.
Kremi hazırlayırıq.
Pendiri, qaymağı vanili və şəkər pudrasını dərin bir qaba töküb 5 dəqiqə kimi çalırıq. Krem hazırdır.


Kremi biskvitin arasına, yanlarına və üstünə yayırıq.

Tortun üstünü zövqə görə bəzəyirik.

Biz şokolad qırıntısından istifadə etməklə bəzəmişik.
Siz istəsəniz meyvə ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Comments

comments