Ərzaqlar:

1/2 st duru yağ (qarğıdalı veya zeytun)
2 ədəd yumurta
2 st süd
6 st un(aparanadək)
1 ç.q duz
2 ç.q şəkər tozu
1 paket maya
Sosiska
Mayonez
Ketçap
pendir

Hazırlanması:

Südü ilıq isidirik. Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.

Sonra undan az-az əlavə edib qarışdırıb əlimiz ilə yumşaq xəmir yoğururuq.

Xəmirin üstünü örtüb 1 saat acımağa qoyuruq.

Acıdıqdan sonra qozdan böyük kündələrə bölüb kündələyirik.

Kündənin birini götürüb yayırıq.
İçinə sosiska qoyub bükürük. Ortadan bıçaqla kəsirik.

İki kündəni bu şəkildə düzəltdikdən sonra şəkildəki kimi birləşdiririk.

Üstünə mayonez, ketçap çəkib, pendiri sürtgəcdən keçirib üstünə səpirik.

Hamısını bu şəkildə düzəldirik. Soba qabına yığırıq.

Üzünə yumurta sarısı vurub 210 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments