Ərzaqlar:

3 ədəd yumurta
200 q Prostokvaşino xama
1 ədəd limon
1,5 st şəkər tozu
1/2 st duru yağ
2,5 st un
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Şəkər tozu ilə yumurtanı mikserlə ağaranadək çalırıq.

Duru yağı əlavə edib tam qarışanadək çalırıq. Arxasınca xamanı əlavə edib çalırıq.

Limonu sürtgəcdən keçirib qabığını tökürük. Sonra sıxıb suyunu da əlavə edirik.
Mikserlə tam qarışanadək çalırıq.

Vanili, qabartma tozunu töküb çalırıq, sona unu əlavə edib tam qarışanadək çalırıq.

Xəmiri qablara tökürük.

170-180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişiririk.

Zövqə görə istəsəniz üstünə soyuyandan sonar şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments