Ərzaqlar:2 balaca baş brokoli, 1 ədəd baş soğan, 1 ədəd kartof, 1 ədəd kök, 2 x.q əridilmiş kərə yağı, 1 ç.q un, duz, istiot, 5 st su ya da ət suyu

Hazırlanması:
Brokolini xırdalayıb yuyuruq.Kökün və kartofun qabığını soyub yuyub doğrayırıq.Soğanın qabığını soyub yuduqdan sonra üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.Unu əlavə edib qovurub üstünə kartof ilə kökü töküb qarışdırırıq.Brokollini də əlavə edib qarışdırırıq.Üstünə qaynar ət suyu ya da su tökürük.Tərəvəzlər tam bişənədək ocaqda bişiririk.Tam bişdikdən sonra blenderdən keçiririk.Duz və istiotunu əlavə edib qarışdırıb ocağa qoyub 5 dəqiqə kimi bişirib götürürük. Suyu qatı olsa su əlavə edə bilərsiniz.

Nuş olsun!

brokoli supu nece hazirlanir, brokoliden sup hazirlamaq

Comments

comments