(Türk mətbəxi)

Ərzaqlar:

8-10 ədəd yuxa
500-600 q toyuğun döş əti
2-3 x.q əridilmiş kərə yağı və 5-6 x.q duru yağ
3-4 ədəd badımcan
1 ədəd qırmızı bibər
2 ədəd baş soğan
3 diş sarımsaq
1 x.q pomidor məti(tomatı)
Duz
İstiot

Beşamel sos üçün:
2 x.q yağ
2 x.q un
2 st süd
Duz
İstiot

Üzü üçün:
100 q kaşar ya da holland pendir

Hazırlanması:

Tərəvəzlərin hamısını təmizləyib yuyuruq.
Badımcanı aralı qabığını soyub doğrayırıq. Duzlu suda 20 dəqiqə saxlayırıq.

Soğan ilə sarımsağı xırda doğrayıb tavaya tökürük. Üstünə yağ və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Toyuğun döş ətini yuyub xırda doğrayırıq.

Qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə qarışdırırıq.

Qırmızı bibəri xırda doğrayıb ətin üstünə tökürük.


Pomidor tomatını əlavə edib qarışdırırıq. Düz və istiotunu töküb qarışdırırıq. Vam odda bişməyə qoyuruq.

Beşamel sosu düzəldirik. Unu yağda qovurub üstünə südü əlavə edirik. Qarışdırırıq. Qatılaşanadək bişiririk. Duz və istiotunu tökürük. Qoyuruq bir kənara.

Badımcanı sudan çıxarıb yuyub sıxırıq. Sonra yağda qızardırıq. Az duz səpirik.

Qızarmış badımcanı ətin üstünə töküb qarışdırırıq.

Yuxanın birini götürüb balaca kasaya yerləşdiririk.

İçinə hazıradığımız toyuğun döş ətinin bişmişindən tökürük.

Sonra yanları ortaya doğru bükürük.

Çevirib soba qabına qoyuruq. Bu şəkildə hamısını düzəldirik.


Beşamel sosdan üstünə tökürük.

Pendiri sürtgəcdən keçirib üstünə səpirik.

200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments