Ərzaqlar:
Xəmir üçün:
2 st un
125 q kərə yağı
1/3 st şəkər tozu
İç üçün:
600 q kəsmik
1/2 st şəkər tozu
3 ədəd yumurta
1 ədəd limon qabığı
Hazırlanması:
Xəmiri hazırlamaq üçün yumşaq kərə yağı ilə unu ovuruq.
Şəkər tozunu əlavə edib yaxşı qarışdırırıq.
Xəmir ovuntu kimi alınacaq. Xəmiri soyuducuya qoyub içliyi hazırlayırıq.
Yumurtanın sarısı ilə şəkər tozunu mikserlə çalırıq.
Limonun qabığını əlavə edib yenə çalırıq.
Kəsmiyi əlavə edib çalırıq.
Yumurta ağını köpüklənənə qədər mikserlə çalırıq. Çaldığımız yumurta ağını içliyə əlavə edib qaşıqla ehmalca qarışdırırıq. İçliyimiz hazırdır.
Diametri 26 sm olan qaba xəmirin yarısını töküb əlimizlə yayırıq.
İçliyi tökürük.
Qalan xəmiri içliyin üstünə səpirik.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
İlıq olduqda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!