Ərzaqlar:

2 ədəd yumurta
1/2 st şəkər tozu
1/2 st süd
1/2st duru yağ
1 st un
2 x.q kakao
1 paket vanil
1 paket qabartma tozu
1 ədəd portağalın qabığı

İslatmaq üçün:
1 ədəd portağalın suyu

Krem üçün:
4 x.q kokos
2 st süd
3 x.q şəkər tozu
2 x.q buğda nişastası
25 q kərə yağı

Üstünü bəzəmək üçün:
Kokos
Şokolad qırıntıları

Hazırlanması:

Yumurta və şəkər tozunu bir qaba töküb mikserlə ağaranadək çalırıq.

Sonra duru yağı və südü ardıcıl olaraq töküb çalırıq.

Sonra vanili, qabartma tozunu və unu töküb çalırıq.

Kakaonu əlavə edib tam qarışanadək çalırıq.
Portağalın qabığını sürtgəcdən keçirib əlavə edib çalırıq.

Qabı yağlayıb xəmiri tökürük.

180 dərəcə qızmış sobada 25 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.

Kremi hazırlayırıq. Yağ ilə kokosu saxlayırıq qalan ərzaqları qarışdırıb qazın üstündə qarışdıra-qarışdıra bişiririk. Qatılaşanda yağı və kokosu töküb qarışdırırıq.

İlıq olanda keksin üstünə əvvəlcə portağal suyunu tökürük sonra kremi töküb yayırıq.

Zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments