Ərzaqlar:

3 yumurta
2 st un
2 st süd
1 x.q şəkər tozu
1 ç.q duz
3 x.q duru yağ
Əlavə yağ bişirməyə
Üstü üçün:
100 q kaşar ya da holland pendiri

İçlik üçün:
500 q toyuğun döş əti
2 ədəd baş soğan
Duz
İstiot
2 x.q əridilmiş kərə yağı

Beşamel sos:
1,5 st süd
1 dolu x.q un
25 q kərə yağı
Duz
İstiot
Blinçik

Hazırlanması:

Bilinçiki hazırlamaq üçün bax: [url=http://resept.az/blincik-2-8505.html]Bilinçik-2[/url]
İçliyi hazırlamaq üçün soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Üstünə az duz səpib, yağ töküb qovururuq.

Toyuğun döş ətini xırda doğrayıb, soğanın üstünə töküb bişiririk.

Üstünə zövqə görə duz və istiot səpib tam bişənədək qovururuq.

Bilinçiki götürüb içlikdən qoyub, şəkildəki kimi büküb diametri 28-30 sm olan qaba yığırıq.

Qurtardıqdan sonra beşamel sosu hazırlamaq üçün tavada yağ ilə unu qovururuq.

Üstünə südü əlavə edib qarışdırırıq.Duz istiot səpib qatılaşana kimi bişiririk.

Hazır sosubilinçiklərin üstünə töküb yayırıq.

Sonra pendiri sürtgəcdən keçirib üstünə səpirik

180 dərəcə qızdırılmış sobada pendir qızılı rəngdə olanadək bişiririk.

Piroqu isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments