Ərzaqlar:

Xəmir üçün:
200 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta sarısı
1 paket qabartma tozu
1 paket vanil
Un aparanadək 2-2,5 st

İçlik üçün:
600 q pəhriz kəsmik
200 q xama
2 ədəd yumurta və bir ədəd yumurtanın ağı
1/2 st şəkər tozu
2 x.q buğda nişastası
1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağını, şəkər tozunu və vanili mikserlə tam qarışanadək çalırıq.

Yumurta sarısını əlavə edib tam qarışanadək çalırıq.

Qabartma tozunu və unu əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmirin 1/3 hissəsini üstünü naxışlamaq üçün saxlayırıq.

2/3 –ni isə soba qabına kağız sərib ya da yağlayıb yanlardan 3 sm çıxmaq şərti ilə yayırıq.

İçlik ərzaqlarını dərin bir qaba töküb mikserlə tam qarışanadək çalırıq.

Sonra xəmirin içinə töküb yayırıq.

Saxladığımız xəmirdən şəkildəki kimi naxışlar düzəldib piroqun üstünü bəzəyirik.

170-180 dərəcə qızdırılmış sobada 1 saat bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra çay süfrəsinə veririk.

Nuş olsun!

Comments

comments