Ərzaqlar:


3 ədəd yumurta
100 q yumşaq kərə yağı
1,5 st un
1 st şəkər tozu
200 q kəsmik
1 paket qabartma tozu
1 paket vanil
Zövqə görə üstü üçün 1 ç.q şəkər kirşanı

Hazırlanması:

Yumşaq kərə yağını, vanili və şəkər tozunu mikserlə tam qarışanadək çalırıq.

Sonra kəsmiyi əlavə edib yenə çalırıq.

Yumurtaları əlavə edib, tam qarışanadək mikserlə çalırıq.

Unu və qabartma tozunu əlavə edib çalırıq.

Qabı yağlayıb, xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra üstünə zövqə görə şəkər kirşanı səpib, dilimləyib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments