Ərzaqlar:

Biskvit üçün:
3 ədəd yumurta
1/2 st şəkər tozu
1/2 st un

İçlik üçün:
1 ədəd limon
1/2 st şəkər tozu

Hazırlanması:
İçliyi hazırlamaq üçün limonu yuyub xırdalayıb qabığı ilə birlikdə blenderdən keçiririk. Sonra onu hələki bir kənara qoyun, şəkər tozunu ruletin içinə səpəndə qarışdırıb yaya bilərsiniz.

Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb bərkiyənədək mikserlə çalırıq.

Üstünə şəkər tozunu az-az əlavə edib yenə çalırıq.

Yumurta sarılarını əlavə edib yenə tam qarışanadək çalırıq.

Ələnmiş unu az-az əlavə edib qaşıqla qarışdırırıq.

Soba qabına kalka kağızı sərib xəmiri töküb yayırıq.

180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk. Çox saxlamayın ki, qurumasın.

Biskviti isti-isti tez büküb qoyuruq.

Limonu şəkər tozu ilə qarışdırırıq.

İsti bükülmüş ruleti açıb içliyi yayırıq.

İçliyi çəkdikdən sonra bükürük. Baş hissələrini kəsirik.

1-2 saat qaldıqdan sonra ruleti kəsib, çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments