Ərzaqlar:Biskvit üçün: 200 q kəsmik, 3 ədəd yumurta, yarım st şəkər tozu, 4 x.q un, 4 x.q nişasta, 1 paket qabartma tozu, yarım paket vanil
Krem üçün:
200 q kəsmik, 200 q xama, yarım banka qatılaşdırılmış süd, yarım paket vanil
Üstü üçün: şokalad və kakao (Zövqə görə qoz ləpəsi, kakos, meyvə və s. istifadə edə bilərsiniz. )

Hazırlanması:

Kremi hazırlamaq üçün ərzaqların hamısını bir qaba töküb tam həll olanadək mikserlə çalırıq.

Kəsmik ilə yumurtanı çalırıq.
Şəkər tozunu və vanili töküb yenə çalırıq.
Qabartma tozunu, unu və nişastanı bir qaba töküb qarışdırıb qarışığa əlavə edib çalırıq.
Soba qabına kağız qoyub xəmiri töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada bişiririk.
Bişən kimi çıxarıb isti-isti kağızla bir burub qoyuruq soyuyur.
Tamam soyuduqdan sonra açıb arasına kremi çəkirik.
Yenidən bükürük. Baş hissələrini kəsirik.
Üstünə kremdən çəkib zövrə görə bəzəyirik.

Nuş olsun!

rulet necə hazərlanır, rulet biskviti, kesmikli rulet hazırlamaq 

Comments

comments