Ərzaqlar:


1 paket makaron
150 q ağ pendir
150-200 q holland pendiri
1 balaca dəstə şüyüd
Duz
5-6 x.q duru yağ
Beşamel sos üçün:
2 st süd
25 q kərə yağı
1 x.q un
Duz
Istiot

Hazırlanması:

Şüyüdü təmizləyib, yuyub, xırda doğrayırıq.

Pendirləri ayrı-ayrı sürtgəcdən keçiririk.

Makaronu duzlu suda bişirib süzürük.

Süzülmüş makaronun üstünə holland pendirinin yarısını, ağ pendirin hamısını, duru yağı və şüyüdü töküb qarışdırırıq.


Beşamel sosu hazırlamaq üçün tavada kərə yağını əridirik. Yağ qızdıqdan sonra unu töküb rəngi dəyişənədək qovururuq.

Sonra südü əlavə edib tez-tez qarışdırırıq.

Qaynara düşdükdən sonra 3-5 dəqiqə də qarışdırıb üstünə az duz və istiot səpib götürürük.
Makaronu qaba töküb yayırıq.

Üstünə beşamel sosu töküb yayırıq.

Qalan holland pendirini sosun üstünə səpirik.

200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk. Çox qızartmaq lazım deyil. Çox qızardıqda pendir quruyur.

Nuş olsun!

Comments

comments