Ərzaqlar:

4 ədəd yumurta
1 st şəkər tozu
1 ədəd portağal
1/2 st duru yağ
5 x.q kakos
1 paket qabartma tozu
2-2,5 st un

Hazırlanması:
Yumurta ilə şəkər tozunu ağaranadək mikserlə çalırıq.


Yağı əlavə edib çalırıq.

Portağalın qabığını rəndələyib və suyunu sıxıb, töküb qarışdırırıq.

Unu və qabartma tozunu əlavə edib tam qarışanadək çalırıq.

Kakosu əlavə edib tam qarışanadək çalırıq.


Xəmiri qablara tökürük.

170-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişiririk.


Nuş olsun!

Comments

comments