Ərzaqlar:

125 q yumşaq kərə yağı
1/2 st duru yağ
1 st pudra şəkəri
1/2 st qatıq
1 paket vanil
1 paket qabartma tozu
3 st un
İçlik üçün:
2-3 ədəd böyük alma
2 x.q şəkər tozu
1/2 ç.q darçın
Üstü üçün:
1x.q şəkər pudrası

Hazırlanması:
Almanı yuyub sürtgəcdən keçiririk. Üstünə şəkə tozunu və darçını əlavə edib qarışdırırıq.

Ocağa qoyuruq suyu çəkilənədək qarışdırıb götürürük. İçlik hazırdı.

Yağları, qatığı, vanili, qabartma tozunu və pudra şəkərini dərin bir qaba töküb qarışdırırıq.

Sonra qabartma tozunu əlavə edirik unu az –az töküb qarışdırıb yumşaq xəmir düzəldirik.

Xəmirin 1/3 kəsib kənara naxış üçün qoyuruq.Qalan xəmiri qaba yayırıq.

İçliyi yayırıq.

Xəmirdən üstünə zövqə görə naxış salırıq.

180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

İlıq olanda qabdan çıxarırıq.Tam soyuyanda üstünə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments