Ərzaqlar:

2 st un
1 st şəkər tozu
1/2 st süd
1/2 st duru yağ
4 ədəd yumurta (2 ədəd yumurta ağı içlik üçün)
2 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil
İçlik üçün:
1 st kakos
1/2 st şəkər pudrası
2 ədəd yumurta ağı

Hazırlaması:
Yumurtalarln ikisinin ağını şəkər kirşanı ilə çalırıq.


Üstünə kakosu əlavə edib çalıb bir kənara qoyuruq.

Qalan yumurta ilə şəkər tozunu və vanili mikserlə çalırıq.

Yağı əlavə edib çalırıq

Südü əlavə edib çalırıq

Unu və qabartma tozunu əlavə edib çalırıq.

Kakaonu əlavə edib çalırıq.

Keks qabına 2 x.q xəmirdən tökürük.

Kakoslu qarışıqdan qozdan az balaca yumru düzəldirik.
Xəmirin ortasına qoyuruq.

Qalan xəmirdən üstünə tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişiririk.

Soyuduqda çay süfrəsinə veririk.Soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər pudrası səpə bilərsiniz.


Nuş olsun!

Comments

comments