Ərzaqlar:

200 q kərə yağı
200 q xama
1,5 st şəkər tozu
4 ədəd yumurta
2 st un
3 x.q kakao
40-50 q qovrulmuş qoz ləpəsi
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Yumurta ilə şəkər tozunu və vanili mikserlə çalırıq.

Üzərinə yumşaq kərə yağını əlavə edib çalırıq. Sonra isə xamanı əlavə edib çalırıq.

Unu, kakaonu və qabartma tozunu bir qabda qarışdırırıq.

Un qarışığını əlavə edib tam qarışanadək aşağı sürətlə çalırıq.

Qoz ləpəsini xırda doğrayıb tökürük. Yenə qarışdırırıq.

Qabı yağlayırıq. Xəmiri tökürük.


180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk. Çöplə baxın ki, içi linç qalmasın.

Iliq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments