Dənli bitkilər arasında düyü xüsusi olaraq fərqlənir. İnsan bədənin vitamin B1 ehtiyacını ödəyən bu qida növü insana enerji verməkdə, bağırsaqları yaxşılaşdırmaqda, qanda olan şəkəri tənzimləməkdə, yaşlanma müddətini azaltmaqda köməkçi olur.
İnsanı mədə xəstəliklərindən qoruyur. Düyüdə orqanizm üçün qiymətli olan amin turşusu, nişasta, D vitamini, kalsium, lif, dəmir və riboflavin var. Sağlam immunitet sistemi üçün bu vitaminlər təsirlidir.

Nişasta baxımından zəngin olan düyü, insanı enerji ilə təmin edən qidalardan biridir. Həmçinin vitaminlər baxımından olduqca qiymətlidir.
Düyüdə B1, B2, C və E vitaminləri, natrium, maqnezium, kalium, kalsium, dəmir və fosfor mineralları var.
Bütün bunların sayəsində düyü bədən inkişafını dəstəkləyir. Bədənə enerji və qüvvət verir. Düyü bir çox ölkələrin əsil qidasını təşkil edir
Faydaları isə aşağıdakılardır:

– Doyurucudur və zehni fəaliyyətə kömək edir; düyünün tərkibində karbohidrat olduğu üçün ondan bədənin enerjisini təmin etməkdə istifadə etmək olar. Beyin fəaliyyətinə də yardım edir.
– Həzmi asanlaşdırır; düyü iştahanı artırır, mədə xəstəliklərini müalicə edir. Düyünün kəpəyi dizenteriya xəstəliyinə qarşı ən yaxşı dərmanlardandır,

– Bağırsaqlar üçün faydalıdır; düyünün tərkibində möhkəm nişasta vardır ki, mədədə həzm olunmur və bağırsağa keçərək, faydalı bakteriyaların yaranmasına yardım edir. Düyünün tərkibində olan həzm olunmayan liflər rahat şəkildə bağırsaqlara daxil olur. Qəhvəyi düyünün tərkibində bu liflərin miqdarı daha çoxdur.

– Qandakı xolesterol nisbətini azaldaraq ürək-damar xəstəliklərinə yaxşı təsir göstərir; düyü kəpəyinin yağı antioksidan xasiyyətə malikdir. Düyünün tərkibində bədənə ziyan vuran xolesterin yoxdur və bədəndə xolesterinin səviyyəsini azaldıb, ürək-damarın sağlamlığını təmin edir.

– Xərçəngin qarşısını alır; düyünün tərkibində qəhvə rəngli düyü kimi həzm olunmayan liflər vardır. Bu liflər bədəni xərçəng xəstəliyindən qoruyur.

– Bədəndə olan suyu çəkərək toksiki maddələri uzaqlaşdırmağa kömək edir.

– Dəri sağlamlığına faydalıdır.

– Böyrəklərə faydalıdır; düyünün kəpəyi sidikqovucudur.

– Yüksək təzyiqi salır.

Comments

comments