Türk mətbəxi
Ərzaqlar:
5 ədəd güllaç, 1 st şəkər tozu, 4 st süd, 1 x.q gül suyu ya da 1/2 ç.q vanil, qoz ləpəsi ya da antep fısdığı
Hazırlanması:
Südün üstünə şəkər tozunu əlavə edib ocağa qoyub qarışdırırıq. Süd qaynarlaşanda götürürük. Üstünə gülsuyunu töküb qoyuruq soyusun.
Güllacları iki yerə bölürük.
Süd nə qaynar nə də soyuq olmalı deyil.İlıq olanda güllacın birini götürüb qaba parıldayan tərəfi aşağı qoyub üstünə bir çömçə süddən tökürük.
Sonra ikinci yarısını götürüb parıldayan tərəfi üzə olmaqla o biri güllacın üstünə qoyuruq. Yenə bir çömçə süddən tökürük. Əlimiz ilə südlə güllacları basıb isladırıq yumşalır.
Yumşaldıqdan sonra düz kəsilən tərəfdən qoz ləpəsini tökürük.
Sonra bükürük.
Gül formasına salırıq.
Süd soyuq olsa yenidən qızdırmaq lazımdır.
Bu şəkildə qalab 4 güllacı da düzəldirik.
Hamısını bir qaba yığıb qalan ilıq südü üstünə tökürük.
Qoz ləpəsi səpirik.
Ən azı iki saat soyuducuda saxladıqdan sonra yeyə bilərsiniz.
Nuş olsun!
Güllaç necə hazırlanır, Gulluac nece hazirlanir, ramazan, iftar, tatlı, ramazan şirniyyatı,