Ərzaqlar:

4 st qatıq

1 st su

1/3 st bulğur

1 balaca banka konserv olunmuş qarğıdalı

2 ədəd böyük xiyar

2 x.q zeytun yağı

1 balaca dəstə təzə nanə

1 balaca dəstə şüyüd

Duz

Hazırlanması:

Bulğuru yuyub üstünə 1/2 st su az duz töküb bişiririk. Suyu çəkilib bişdikdə ocaqdan götürüb kənara qoyuruq soyuyur.

Xiyarı yuyub təmizlədikdən sonra xırda doğrayırıq.

Nanə ilə şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.

Qatığı dərin bir qaba töküb çalırıq.

Qatığın üstünə xiyarı, göyərtiləri, yuyulmuş qarğıdalını, zeytun yağını və bulğuru töküb qarışdırırıq.

Sonra üstünə su əlavə edib zövqə görə duz töküb qarışdırırıq.

Sərin olması üçün yarım saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments