Ərzaqlar:

Biskvit üçün:

4 ədəd yumurta

4-5 ədəd qoz ləpəsi

25 q kərə yağı

3/4 st şəkər tozu

3/4 st un

Krem üçün:

400 q krem pendir

200 q qaymaq

4-5 x.q şəkər tozu

Şirə üçün:

1/3 st su

1/3 st şəkər tozu

Ç.q ucunda vanil

Arası üçün:

500 q albalı, gilas (təzə ya da konserv olunmuş)

Hazırlanması:

Şirəni hazırlayaq. Şəkər tozu ilə suyu qarışdırıb qazın üstünə qoyuruq.

Şəkər əriyib qaynamağa başlayan kimi götürürük. Şirəni qoyuruq soyuyur.

Biskviti hazırlayaq. Yumurtanı mikserlə çalırıq.

Şəkər tozunu əlavə edib qatılaşana qədər çalırıq.

Ələnmiş unu az-az əlavə edib taxta qaşıqla qarışdırırıq.

Qozu bıçaqla xırda doğrayıb, xəmirə əlavə edib qarışdırırıq.

Diametri 26 sm qab götürüb hər yanını yaxşı yağlayırıq.

Xəmiri tokürük.

180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk. Bişən kimi çıxarmayın sobanı sondürün 5-10 dəqiqə içində qalsın. Sonra çıxarın.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra bıçaq vasitəsilə iki hissəyə bölürük.

Kremi hazırlayaq. Krem pendirini, şəkər tozunu və qaymağı mikserlə çalırıq.

Kremimiz hazırdır.

Qaba mətbəx sellofanı sərib biskvit layının birini qoyub şirəni qaşıqla hər tərəfinə tokürük.

Sonra qabdan çıxarıb kremləyirik. Gilasın tumunu çıxarıb yan-yana kremin üstünə yığırıq.

Kremdən 2-3 x.q gilasın üstünə töküb yayırıq.

İkinci layı da qoyub üstünü və yanlarını kremləyirik.

Tortun üstünü zövqə görə bəzəyirik.

4-5 saat soyuducuda qaldıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments