Ərzaqlar:

1 kq çəkilmiş qoyun əti

5-6 ədəd badımcan

3-4 ədəd pomidor

3 ədəd soğan

2 ədəd şirin bibər

100-150q kaşar pendir

Duz

istiot

Bitki yağı

Kotletlərin üzərinə çəkmək üçün:

2-3 x.q  mayonez ya da xama

Hazırlanması:

Çəkilmiş ətə 2 ədəd baş soğanı ət maşınından ya da blenderdən keçirib qarışdırırıq.

Duz və istiot əlavə edib yaxşı qarışdırdıqdan sonra ətdən yumru kotletlər düzəldirik.

Yağı qızdırıb kotletlərin hər iki tərəfini bişiririk.

1 ədəd soğanı təmizləyib yuyuruq. Doğrayıb az yağ və duz əlavə edib qızılı rəngdə olanadək bişiririk.

Badımcanın qabığını soyub nazik üzün doğrayırıq. Az duzlayıb 5-10 dəqiqə saxlayırıq. Sonra acı suyunu çıxarıb yuyuruq.

Yuyulmuş badımcanı yağda az düz töküb qızardırıq.

Bibəri yuyub təmizlədikdən sonra doğrayırıq.

Doğranmış bibəri qovrulmuş soğanın üstünə əlavə edib az duz töküb pörtürük.

Soğan, bibər və badımcanı qarışdırırıq.

Pomidoru yuyub halqa doğrayıb yağda az duz səpib porturuk.

Bişmiş kotletlərin üstünə mayonez ya da xama çəkib tərəvəz qarışığından qoyuruq.

Üstünə halqa pomidor düzüb pendiri sürtgəcdən keçirib üstünə səpirik.

200 dərəcədə qızdılmış sobada pendir əriyib qızılı rəngdə olanda götürürük.

Nuş olsun!

Comments

comments