Ərzaqlar:

500 q xırda doğranmış sümüksüz qoyun əti

4 ədəd baş soğan

5-6 ədəd yumurta

1/2 limon suyu

1/3 ç.q sarıkök

2-3 x.q əridilmiş kərə yağı

2 ədəd pomidor

Balaca dəstə keşniş üyüd

Duz

İstiot

Hazırlanması:

Xırda doğranmış sümüksüz qoyun ətini yuyub duzlu suda tam hazır olanadək bişiririk.

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Doğranmış soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra bişmiş əti soğanla bir 3-5 dəqiqə qovururuq. Üstünə sarıkök, duz, istiot və limon suyu tökürük.

Yumurtanı sındırıb üstünə duz və istiot səpib yaxşı çalırıq. Çaldığımız yumurtanı qovrulmuş soğan ilə ətin üstünə tökürük. Hər iki üzü bişsin deyə çeviririk.

Hazır olduqda süfrəyə verdikdə üstünü pomidor və xırda doranmış göyərti ilə bəzəyirik.

Nuş olsun!

Comments

comments