Qara üzüm gözəllik iksiri, gerçək beyin qidası və zəifləmək üçün riayət edilən rejimlərin ana məhsuludur.

Qara üzüm eynilə aspirin kimi qanı sulandırdığından tac ürək xəstəliklərinə qarşı insanları qoruyur.

Qara üzümün qabığında olan və fitoaleksin qrupu mürəkkəblərdən olan resveratrol bədəndə xərçəng meydana gəlməsin mane olur.

Bəzi qaraciyər narahatlıqları və qanazlığı müalicəsində də təsirlidir.

Qara üzüm ehtiva etdiyi meyvə turşuları və lifli quruluşundan ötəri mədəyə zərər vermədən böyrək və bağırsaq sisteminin nizamlı işini təmin edir və qanın təmizlənməsinə kömək edir.

Qara üzüm bədəndəki yağlayarın əriməsinə yardım edir.

Qara üzüm bədəni viruslara qarşı daha müqavimətli hala gətirir.

Qara üzümün qabıq və nüvələri maddələr mübadiləsini sürətləndirir.

Qara üzüm dərinin təzə və təmiz bir görünüş almasına kömək edir.

Günortadan sonra yeyilən bir salxım qara üzüm və bir stəkan təzə sıxılmış üzüm suyu bədəni və beyin hüceyrələrini gümrahlaşdırır.

Bir kiloqram üzüm 1150 qram süd, 390 qram ət, 300 qram çörək və 1200 qram kartofa ekvivalentdir.

Qara üzüm amin turşuları, B vitaminləri (B1, B2), minerallar, kalium, maqnezium və dəmir ehtiva etdiyindən immunitet sistemini qüvvətləndirir.

Qara üzüm tərkibindəki təbii fruktoz sayəsində bədənin israf etdiyi enerjinin qısa müddətdə bərpasına kömək edir.

Qara üzümün tərkibindəki maqnezium insanın iş məhsuldarlığını artırır.

Tərkibindəki turşular mədəyə zərər vermədən böyrəklərin və qaraciyərin işini sürətləndirir.

Qara üzüm ehtiva etdiyi bioflavonoidlər səbəbiylə C vitaminin fəaliyyətini çoxaldır.

Qara üzüm allergiya və əhənglənmələrdə iltihab meydana gəlməsinə mane olur.

Qara üzüm qidaların parçalanması nəticəsində yaranan sərbəst radikalların kapilyarların divarlarına hücum etməsinə qarşı güclü bir antioksidant vəzifə boynuna götürərək aşağı sıxlıqdakı lipoproteinlərin (LDL) kapilyar içində yığılmasını mane olur.

Qara üzüm hüceyrələrdə dəyişmə nəticəsində şiş meydana gəlməsinə imkan verə biləcək hüceyrə üçün molekullar üzərinə sərbəst radikalların hücumlarını blok edir və nəticədə xərçəng meydana gəlməsinin qarşısını alır.

Mənbə: www.e-eye.az

Comments

comments