Çiyələk gözəllik qaynağıdır: Üz və boyunda qırışan qisimlərə sürtülən çiyələk losyonu, təzəlik və çəhrayı bir rəng təmin edər. Çiyələk lasyonunun resepti.
Bunun üçün 5-6 dənə çiyələk bezdə sıxılar. Bir yumurta ağı çırpılaraq əlavə olunar və təkrarən çırpılar və 20 damla gülsuyu əlavə edilər. Hazırlanan losyon tampon edilərək boyuna sürtülər. 1 saat gözlənildikdən sonra içinə 15 qr yemək sodası qoyulmuş 1 litr ilıq su ilə üz və boynunuzu silin.

Quru dərinin dərmanı: Çiyələk quru dəriləri bəsləyir və quruyub tökülməsinin qarşısını alır. Bunun üçün xüsusi bir maska hazırlanması lazımdır. Bu maska eyni zamanda üzdəki qırışları da yox edər.

Quru cild üçün maska hazırlanması: Bir ovuc təzə çiyələk əzilib yulaf unu ilə birlikdə qarışdırılar. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpıldıqdan sonra çiyələk xəmirinə əlavə olunar, krem halını alana qədər qarışdırılar.

Çiyələkdə nələr var? 100 qr. çiyələkdə 59 mg. C vitamini, (bu nisbət limondan belə çoxdur) 1 mg. natrium, 174 mg. kalium, 21 mg. kalsium var. Kalorisi isə 37. Əgər dietadasınızsa, necəsə meyvədir, bir şey etməz deyərək bol bol da yeməyin.

Mənbə: www.e-eye.az

Comments

comments