Ərzaqlar:

3 ədəd yumurta

175 q kərə yağı

3/4 st şəkər tozu

1,5 st un

1 st qara tumsuz kişmiş

1 paket vanil

1 paket qabartma tozu

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə çalırıq.

Sonra yumurtanı əlavə edib çalırıq.

Vanili əlavə edib çalırıq.

Kişmişi yuyub solfet ilə qurulayıb üstünə undan 1 x.q töküb qarışdırırıq.

Kişmişi qarışığa əlavə edib mikserlə aşağı sürətlə çalırıq.

Ələnmiş unu və qabartma tozunu töküb yenə tam qarışanadək mikserlə aşağı sürətlə çalırıq.

Qabı kərə yağı ilə yağlayıb un səpib xəmiri tökürük.

170 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.

Tam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments