
Ərzaqlar:

100 q kərə yağı
2/3 st şəkər tozu (2 x.q üzünə)
1 st un
2 yumurta
1 paket qabartma tozu
1 ç.q darçın
10-12 ədəd gavalı
Hazırlanması:
Yumşaq kərə yağı şəkər tozu ilə qarışdırılır.

Yumurtanı əlavə edib qarışdırırıq.

Unu və qabartma tozunu töküb qarışdırırıq.Qabı yağlayıb xəmiri yayırıq.

2 x.q şəkər tozu ilə darçını qarışdırırıq.

Gavalıları təmizləyib yuyub 4 yerə bölürük.Gavalıları xəmirin üstünə düzürük.

Darçınlı şəkər tozunu üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra zövqə görə istəsəniz şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Nuş olsun!






























