Ərzaqlar:

1,5 kq böyük tikələrə bölünmüş qoyun əti

4 ədəd baş soğan

Duz

Hazırlanması:

Əti yuyub üzünə çıxana qədər su töküb bişməyə qoyuruq.

Qaynamağa başlayanda kəfini yığırıq. Ət bişməyə az qalmış sudan çıxardırıq.

Soğanın qabığını soyub yuyub doğrayırıq.

Qazana soğanı əti və ətin suyundan əlavə edib duz töküb bişməyə qoyuruq. Arada qarışdırırıq.

Suyu az qalanda yeməyimiz hazır olacaq. Bu yemək kartof ilə də süfrəyə verilir. Onda kartof ətin suyunda ayrıca bişirilir.

Nuş olsun!

Comments

comments