Ərzaqlar:

Xəmir üçün:

200 q kər yağı

2 st su

1/2 ç.q duz

2 st un

8 yumurta

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1/2 qutu vanil

Bəzədilməsi üçün:

50 q şokolad

Hazırlanması:

Qazana suyu tökürük. Su qaynamağa başlayanda duzu və yağı əlavə edirik.

Suda yağ tamam əriyən kimi unu bir dəfəyə tez tökürük. Dayanmadan tez-tez qarışdırırıq.

Qazı azaldıb vam odda 2-3 dəqiqə tez-tez qarışdırırıq. Hazır xəmiri qazandan başqa qaba tökürük.

Xəmir ilıq olanda yumurtaları bir-bir sındırıb qarışdırırıq.

Kremi hazırlayaq. Yumşalmış kərə yağını mikserlə ağaranadək çalırıq.

Qatılaşdırılmış südü və vanili əlavə edib çalırıq.

Qaba kağız qoyub (kağız qoymasanız da olar) xəmirdən 1 dolu çay qaşığı qoyuruq və forması yumru olsun deyə duzəldirik. Xəmiri mətbəx şprisi ilə uzunsov formada da qoya bilərsiniz.

Xəmiri qoyanda ara məsafə saxlayırıq ki bişəndə bir-birinə yapışmasın. 180 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.

Hazır eklerlər soyuyur. Soyuduqdan sonra yandan bıçaqla kəsib çay qaşığı ilə içinə krem qoyuruq. İstəsəniz mətbəx şprisi ilə də qoya bilərsiniz.

Şokoladı su hamamında əridirik.


Hazır eklerlərin üzərinə əridilmiş şokoladı tökürük.

Zövqə görə istəsəniz şokolad tökməyə də bilərsiniz.

Nuş olsun!

Comments

comments