Ərzaqlar:
50 q kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta
1,5 st un
1 paket qabartma tozu
1 paket vanil
1ç.q darçınYaymaq və kəsmək üçün əlavə un götürmək lazımdır.
Hazırlanması:
Yumşaq kərə yağı ilə şəkər tozunu çalırıq.
Sonra yumurtanı əlavə edib qarışdırırıq.
Vanili, darçını, qabartma tozunu və unu ardıcıl olaraq əlavə edib qarışdırırıq.
Sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmiri 0,5 sm qalınlıqda yayıb fiqurlarla kəsirik.Rahat kəsmək üçün fiqurların ağızlıq hisələrini una batırmaq lazımdır. Fiqurlar ilə kəsdikdə yandan çıxan xəmirləri kündəliyib yenidən yayıb kəsirik. Xəmir qurtaranadək bu qayda ilə davam edirik.
Xəsilmiş xəmiri soba qabına kağız qoyub aralı yığırıq.
180-175 dərəcə qızdırılmış sobada az qızaranadək bişiririk.
Nuş olsun!