Ərzaqlar:
(diametri 28 sm iki qablıq ölçülər)
Xəmir üçün:
1/2 st duru yağ
1/2 st qatıq ya da süd
1 ədəd yumurta
1/2 paket qabartma tozu
1 ç.q limon suyu ya da sirkə
3 st un
Yaymaq üçün:
1 st buğda nişastası
1/2 st un
Yağlamaq üçün:
250-300 q kərə yağı
1/4 st duru yağ
İçlik üçün:
350-400 q qoz ya da findiq ləpəsi
Şərbət üçün:
4 st şəkər tozu
2 st su
1 dilim limon
Hazırlanması:
Xəmir üçün olan ərzaqları qarışdırıb üstünə unu əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri 15-20 dəqiqə saxlayırıq. Sonra 12 yerə bölüb kündəliyirik.
Un ilə nişastanı qarışdırıb kündələri yaymaqda istifadə edirik. Kündənin birini götürüb qarışıqdan istifadə edib oxlovla nazik yuxa yayırıq.
Yayılmış nazik yuxanın üstünə qoz ya da fındıq ləpəsinin çəkilmişindən töküb yayırıq.
Yuxanı dörd yerə bölüb birini oxlovla büküb sıxıb oxlovdan çıxarıb bururuq. Qalan üçünü də bu şəkildə bükürük.
Bu qayda ilə hamısını hazırlayıb soba qabına yığırıq.
Bu qabın ölçüləri ilə iki belə qab alınacaq. Qalan kündələri yayıb qoz səpib dörd bölüb büküb bu şəkildə düzəldib ikinci qaba yığırıq. Hər ikisi hazır olduqdan sonra. Kərə yağını əridib duru yağ ilə qarışdırırıq. Sonra ilıq olanda yağı iki yerə bölüb hər qaba tökürük.
Bişənə qədər şərbəti hazırlayırıq. Suya şəkər tozunu əlavə edib qaynadırıq. Limon suyunu da əlavə edib yenidən 5-10 dəqiqə qaynadıb götürürük.Şərbət nə duru nə də çox qatı olmalı deyil.
180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.İsti-isti sobadan çıxaran kimi isti şərbəti üstünə tökürük.
Şərbəti özünə çəkib hazır olanda süfrəyə veririk.Yaxşı olar ki axşamdan bişirəsiniz sabahı süfrəyə verəsiniz.
Nuş olsun!