Ərzaqlar:

Xəmir üçün:

2 st un

150 q kərə yağı

2/3 st şəkər tozu

1 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu

İç üçün:

400 q kəsmik

1/2 st şəkər tozu

3 ədəd yumurta

1/3 st buğda nişastası

300-350 q moruq

1 x.q şəkər kirşanı

Bir çimdik duz

Hazırlanması:

Yağı sürtgəcin böyük gözündən keçiririk.

Üstünə vanili və şəkər tozunu töküb mikserlə çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Qabartma tozunu və unu əlavə edib əvvəlcə aşağı sürətlə çalırıq. Sonra əlimizlə yumşaq xəmir düzəldirik.

Xəmiri diametri 26 sm olan qaba yayırıq. Xəmir qabın kənarlarından 3 sm hündürlükdə çıxmalıdır.

İçliyi hazırlamaq üçün yumurtanın ağını sarısından ayırırıq.

Ağına bir çimdik duz töküb köpüklənənə qədər mikserlə çalırıq.

Sarısının üstünə kəsmiyi, şəkər tozunu töküb mikserlə çalırıq.

Sonra nişastanı əlavə edirib yenə çalırıq.

Yumurta ağını bu qarışığa az-az töküb qaşıqla yavaş-yavaş qarışdırırıq.

İçlik hazırdır.

Moruğu blenderdən keçiririk.

Hazırladığımız qabdakı xəmirin üstünə əvvəlcə kəsmikli içliyi töküb yayırıq.

Sonra moruğu töküb yayırıq.

170-180 dərəcə qızdırılmış sobada 50-55 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra üstünə şəkər kirşanı tökürük və kəsib çay süfrəsinə veririk. (Zövqə görə)

Nuş olsun!

Comments

comments