Ərzaqlar:

Biskvit üçün:

10 ədəd yumurta

2 st şəkər tozu

6 x.q dolu un

6 x. q dolu kartof nişastası

1 ədəd limon

Krem üçün:

1 banka qatılaşdırılmış süd

250 q kərə yağı

1/2 paket vanil

Bəzək üçün:

Kren üçün rəng

Xırda müxtəlif şirin bəzəklər

Hazırlanması:

Kremi hazırlamaq üçün əvvəlcə kərə yağını mikserlə çalırıq.

Sonra vanil və qatılaşdırılmış südü əlavə edib bərkiyənə qədər mikserlə çalırıq. Kremimiz hazırdır.

Tort üçün biskvitləri iki ayrı-ayrı qablarda bişiririk.

Hər qab üçün: 5 ədəd yumurta, 1 st şəkər tozu, 3 x.q dolu un, 3 x. q dolu kartof nişastası,1/2 ədəd limon

Tortun biskvitini hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını mikserlə köpük olanadək çalırıq.

Şəkər tozunu əlavə edib yenə mikserlə çalırıq.Sonra yumurta sarılarını bir-bir əlavə edib yenə çalırıq.

Kartof nişastasını və unu əlavə edib qaşıqla qarışdırırıq.

Limonu sürtgəcin kiçik gözündən keçirib xəmirə əlavə edirik.

Qaba kağız sərib ya da yaxşı yağlayıb xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

İkinci qab üçün də eyni qaydada hazırlayıb töküb bişiririk.

İlıq olanda qablardan çıxardırıq.

Tamam soyuduqda hər ikisini iki hissəyə bölürük.

Əvvəlcə dairə şəklində olanları digərinin diametrinə uyğun yanlarını kəsirik və üst–üstə qoyub arasını kremləyirik.

Sonra içi boş olan biskvitləri qoyub kremləyirik. Kuklanın alt hissəskini sellofana büküb içinə yerləşdiririk. Yandan çıxan biskvitləri kuklanın yanlarına yerləşdirib düzəldirik.

İstəsəniz üz hissəni kremləyib sonra bəzəyə bilərsiniz. Ya da elə krem çəkmədən mətbəx şprisi ilə gül bəzəyi vura bilərsiniz.

Kremin qalan hissəsinə rəng qatıb qarışdırdıqdan sonra şpris vasirəsi ilə bəzəyirik.

Arzuya görə üstünə bəzəklər səpirik.

Nuş olsun!

Comments

comments