Ərzaqlar:

250 q kərə yağı

1 ədəd yumurta

1 x.q un

1 x.q kartof nişastası

1,5 st süd

1 st şəkər tozu

1 paket vanil

Hazırlanması:

Südü, şəkər tozunu, vanili və yumurtanı qarışdırırıq.

Kartof nişastasını və unu əlavə edib çalırıq.

Qarışığı odun üstünə qoyub dayanmadan taxta qaşıqla qarışdırırıq.

Krem tamam qatılaşanda götürürük. Qoyuruq kənara soyuyur.

Yumşalmış kərə yağını mikserlə çalırıq.

Sonra soyumuş kütləni az-az yağın üstünə əlavə edib mikserlə bərkiyənə qədər çalırıq.

Kremimiz hazırdır.

Nuş olsun!

Comments

comments