Ərzaqlar:

3 yumurta

1,5 st şəkər tozu

1,5 x.q bal

100 q yağ

1 ç.q soda

1/2 paket vanil

3 st un

Qaba töküb yaymaq üçün 5-6 x.q un

Krem üçün:

1 banka qatılaşdırılmış bişmiş süd

200 q kərə yağı

1/2 paket vanil

Zövqə görə aralarına və üstünə qoz ləpəsi: 

Hazırlanması:

Kremi hazırlamaq üçün bax: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]

Tuj qaba yumurtaları sındırıb çalırıq.

Şəkər tozunu əlavə edib yenə çalırıq.

Yumşalmış kərə yağını və balı əlavə edib çalırıq.

Qazın üstündə vam odda ya da su buxarında şəkər tozu əriyənə qədər 5-10 dəqiqə qarışdırırıq.

Qarışığı götürən kimi üstünə sodanı əlavə edib qarışdırırıq.

Sonra vanil və unu da əlavə edib yaxşı qarışdırırıq.

Qaba un töküb xəmirdən tökürük və üstünə də az un səpib əlimizlə diametri 28 sm yayırıq.
Hara yapışmaq istəsə un səpin. Xəmirin altında da un qalsın ki, yapışmasın.

180 dərəcədə qızdırılmış sobada 8-10 dəqiqəyə bişiririk.

4 ədəd lay alınacaq. Hamısını bişirdikdən sonra mətbəx fırçası ilə ununu təmizləyirik.

Laylar soyuduqdan sonra eyni ölçülü olmaları üçün qab qoyub kəsirik.
Birinciyə qab qoyub kəsirik sonra kəsdiyinizi o birilərin üstünə qoyub yanlarını kəsirik.

Yanları əlimiz ilə ovuruq. Ovuntu eyni olsun deyə onu aşsüzəndən keçiririk.

Düz qabda layları bir-bir üst-üstə qoyub kremləyib qoz səpirik.

Sonuncu layı qoyub üstünü və yanını kremləyirik.

Tortu yandan bıçaqla qaldırıb bir əlimizin ortasına alıb yanlarına ovxantı vururuq.

Qalan qırıntıları üstünə səpirik. Zövqə görə qozla istədiyimiz kimi bəzəyirik.

Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments