Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

3 st uzun düyü

1 kq sümüksüz suda bişmiş qoyun əti

3 ədəd baş soğan

1 böyük dəstə şüyüd

3 x.q əridilmiş kərə yağı

1 ç.q zəfəran

Duz

İstiot

Qazmaq üçün:

1/3 st süd

2 yumurta

1 ç.q əridilmiş kərə yağı

Duz

Hazırlanması:

Soğanı doğrayıb yağ duz əlavə edib, qızılı rəngdə olana qədər qovururuq.
Sonra əti də əlavə edib, duz istiotuna baxıb, yağda 5-10 dəqiqə qovururuq.

Qovurmamız hazır olandan sonra şüyüdü təmizləyib, yuyuruq və xırda doğrayırıq.

Düyünü adi qaydada bütün plovlarda olduğu kimi bişirib süzürük. Süzdükdən sonra üstünə zəfəran tökürük.
Süzülmüş düyüyə xırda doğranmış şüyüdü əlavə edib qarışdırırıq.

Qazana az yağ töküb, əridirik sonra düyü qarışığını əlavə edirik və üstünə yağ töküb, dəm almağa qoyuruq.
30-40 dəqiqəyə plov dəm alacaq.

Qazmaq üçün yumurtaya südü və duzu əlavə edib çalırıq.

Tavaya yağı töküb qızdırırıq və yumurta qarışığını töküb hər iki tərəfini bişiririk.

Təpəcik şəklində çəkilmiş düyünün üstünə qaynar yağ töküb ortasına ət qovurmasını yanlarına isə yumurta ilə bişirdiyimiz qayqanağı kəsib düzürük.

Nuş olsun!

Comments

comments