Azərbaycanın milli şirniyyat növlərindən biridir.

(45 ədəd badambura üçün)

Ərzaqlar:

200 qr xama, 75 qr kərə yağı, 2 st süd, 1 ədəd yumurta, 1 ç.q quru maya, 1 x.q şəkər tozu, 1 ç.q duz, un aparanadək (təxminən 8.5 st), yaymaq üçün əlavə 5-6 xörək qaşığı un.

Yağlamaq üçün:

300 qr kərə yağı

İçlik üçün:

250-300 badam vəya qoz ləpəsi, 250-300 qr şəkər tozu, çay qaşığının ucunda hil

Hazırlanması:

İçliyi hazırlamaq üçün badam və ya qoz ləpəsinin qabığını təmizləyib maşından keçiririk. Qoz ləpəsini qovuraraq qabiqdan təmizləyirik, badam ləpəsinin qabığını təmizləmək üçün; Badam ləpəsinin təmizlənməsi– nə baxa bilərsiniz. Çəkilmiş ləpənin üzərinə şəkər tozu ilə hili əlavə edib qarışdırırıq. İçliyimiz hazırdır.

Xəmiri yoğurmaq üçün unu ələyirik. Südü ilıq istidirik. Yağı əridirik.

Maya ilə şəkər tozunu qarışdırıb, üzərinə az ilıq su töküb yenidən qarışdırıb köpməsi üçün 10 dəqiqə saxlayırıq.

Ələdiyimiz unun üzərinə duzu, yumurtanı,qarışdırdığımız mayanı, xamanı, ilıq südü və ilıq yağı əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri 2 saat isti yerdə acımağa qoyuruq.

Yağlamaq üçün yağı əridirik. Xəmir acıdıqdan sonra xəmiri 10 yere bölüb kündələyirik.

Kündənin birini götürüb, un səpib oxlovla nazik yuxa yayırıq.

Yaydığımız yuxanı ilıq yağla yağlayırıq.

5 kundəni eyni qayda ilə üst üstə yağlayıb yığırıq.

Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi bükürük. Bükdükdən sonra uzununa az dartıb uzadırıq.

Eyni qayda ilə qalan 5 kündəni də düzəldirik. Bükdüyümüz yuxaları 3 sm enində kəsirik.

Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.

Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq.

Eyni qayda ilə hamısını hazırlayırıq. Bütün badamburaları hazırlayib qurtardıqdan sonra üstünə selofon çəkib bir az gözlədirik ki, badamburalar ozune gesin. Sonra bişirməyə başlayırıq.

170-180 dərəcə qızdırılmış sobada 25 dəqiqə qızılı rəngdə olanadək bişiririk.

Soyuduqdan sonra istəsəniz üzərinə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!

Comments

comments