Qoz, xüsusilə uşaq zəkasının inkişafında böyük rol oynayır.

Mütəxəssislər qozun insan sağlamlığı və bəslənməsində çox əhəmiyyətli bir rol oynadığını vurğulayaraq: Xüsusilə qış aylarında ən əhəmiyyətli enerji qaynaqlarından biri olan qozun 100 qramından 700 kilokalori enerji əldə edilə bilir. Mineral, zülal, vitamin və yağ baxımından olduqca zəngin bir məhsul üzərində hələ də ciddi araşdırmalar aparılır. Xolesterolu salan, ürək və damar sağlamlığı baxımından böyük faydaları olan qozun ən əhəmiyyətli xüsusiyyəti zəkanı inkişaf etdirməsidir. Beyin və qoz, görünüş etibarı ilə də çox bənzəyirlər.İnsan orqanizmində gümüşdən istifadə edən tək orqan beyindir. Bu baxımdan gümüşlə zəngin olan qoz, xüsusilə uşaqların zəka inkişafında böyük rol oynayır. deyib.
Qozdakı gümüşün, beynin sağ və sol tərəfindəki məlumat mübadiləsinin sürətini artırdığını ifadə edən mütəxəssislər, Çox qoz yeyənlərin zəkalarının yüksək səviyyədə inkişaf etdiyi bir həqiqətdir" deyib.

Mütəxəssislər qozun uşaqların qida rasionunda yer alması vacib bir qida olduğunu qeyd edib: 'Sağlam və ağıllı bir nəsil üçün məktəblərdə yalnız süd deyil uşaqların qoz, badam və fındıqla qidalanması vacibdir. Hər səhər, bir ibtidai təhsil uşağı masaya oturduğunda mütləq 3 qoz içi yeməlidir.. Bununla yanaşı badam və fındıq kimi məhsulları da tükətmək lazımdır.

Yetkinlərin isə gündə 5 qoz içi yemələrini təklif edən mütəxəssislər, qoz istehsalını və istifadəsini artırmağın vacibliyini vurğulayıb: "Sağlam bir gələcək üçün qoza daha böyük əhəmiyyət verməliyik. İnkişaf etmiş ölkələr, səhər naharında qoz istehlak edir. Dondurmalarında belə qoz istifadə edirlər.'

Mənbə: www.e-eye.az

Comments

comments