(15 ədəd muffin üçün)

Ərzaqlar:

5 ədəd konserv olunmuş ananas halqası

200 q yumşaq kərə yağı
1 st şəkər tozu
4 ədəd yumurta
1,5 st un
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağı, vanil və şəkər tozunu mikserlə tam qarışanadək çalırıq.

Yumurtaları əlavə edib çalırıq.

Qabartma tozu ilə ələnmiş unu əlavə edib çalırıq.

Ananası doğrayırıq.

Doğranmış ananası xəmirə əlavə edib qarışdırırıq.

Xəmiri qablara tökürük.

180 dərəcə qızmış sobada 25 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments