Ərzaqlar:
1 st şəkər tozu
1 st süd
½ st duru yağ
3 ədəd yumurta
50 q qoz ləpəsi
2 ədəd alma
1 paket qabartma tozu
1 paket vanil
½ st buğda nişastası
2 st un
Hazırlanması:
Yumurta, vanil və şəkər tozunu ağaranadək çalırıq.
Duru yağı əlavə edib çalırıq.
Südü əlavə edib çalırıq.
Qabartma tozunu, nişastanı və unu əlavə edib çalırıq.
Qoz ləpəsi ilə almanı xırda doğrayıb xəmirə əlavə edirik.
Soba qabına kalka kağızı sərib xəmiri tökürük.(qabın diametri 28 sm)
170-180 dərəcə qızmış sobada 45 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxardırıq.
Zövqə görə istəsəniz üstünə şəkər pudrası səpə bilərsiniz.
Nuş olsun!