Ərzaqlar:

500 kq çəkilmiş qoyun əti
4 ədəd balaca baş soğan
2 ədəd kök
1 ədəd bibər
4-5 ədəd pomidor
150 q pendir
1 x.q əridilmiş kərə yağı + 2-3 x. duru yağ
1 ç.q pomidor tomatı
Ç.q ucunda sarıkök
Duz
İstiot
Kotleti qızartmaq üçün duru yağ

Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq və bibər ilə pomidoru doğrayırıq. Kökü sürtgəcdən keçiririk. Pendiri sürtgəcdən keçiririk.

Çəkilmiş ətin üstünə zövqə görə duz və istiot tökürük. Sarıkök əlavə edirik. 2 ədəd soğanı blenderdən keçirib tökürük. Yaxşı qarışdırırıq.

Tavanı qızdırıb yağı tökürük. Yağ isti olanda ətdən dairəvi kotlet düzəldib tavanın içinə düzürük.

Kotletlərin hər iki üzünü qızardırıq.

Soğanın ikisini xırda doğrayıb əridilmiş kərə yağını və duru yağı töküb qızılı rəngdə olanadək bişiririk. Üstünə az duz səpirik.

Soğan qovrulduqdan sonra üstünə əvvəlcə kökü sonra bibəri və pomidoru və tomatı əlavə edib hazır olanadək bişiririk. Zövqə görə duz və istiotunu əlavə edib qarışdırırıq.

Hazır kotletləri qaba yığırıq.

Üstünə hazırladığımız tərəvəzli qovurmanı qoyuruq.

Onun üstünə də pendir səpirik.

210 dərəcə qızmış sobada pendir əriyənədək bişiririk.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun.

Comments

comments