Ərzaqlar:


Xəmir üçün:

200 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
1 çimdik duz
2 ədəd yumurta
2,5 st un
1 paket qabartma tozu
1 paket vanil

İçlik üçün:

600 q kəsmik
2 ədəd yumurta
1/2 st şəkər tozu
4 x.q nişasta
1/2 limon
3 ədəd alma

Hazırlanması:

Xəmiri hazırlamaq üçün unu dərin bir qaba ələyib üstünə qabartma tozunu, vanili və duzu əlavə edib qarışdırırıq.

Sonra üstünə yumşaq kərə yağını əlavə edib əlimiz ilə ovuruq.

Ovuntunun üstünə şəkər tozu töküb qarışdırıb sonra yumurtaları əlavə edib yumşaq xəmir düzəldirik.


Xəmirin 3 yerə bölüb bir hissəsini soyuducunun buzxanasına qoyuruq ki, donsun.

Qalan xəmiri diametri 26 sm olan qabı yağlayıb qaba yayırıq. Xəmiri qabın kənarında 3-4 sm hündürlükdə qaldırırıq. Sonra içliyi hazırlayana qədər qoyuruq soyuducuya.

İçliyi hazırlayırıq. Limonun yarısınım qabığını sürtgəcdən keçirib suyunu sıxırıq.
Dərin qaba kəsmiyi, şəkər tozunu, yumurtanı,nişastanı və limonun qabığını əlavə edib tam qarışanadək mikserlə çalırıq.


Almanın qabığını soyub sürtgəcin böyük gözündən keçiririk. Limon suyunu üstünə əlavə edib qarışdırırıq.

Xəmiri soyuducudan çıxarıb kəsmikli içi tökürür və bərabər yayırıq.

Kəsmiyin üstünə almanı yayırıq.

Sonra soyuducudan donmuş xəmiri çıxarıb sürtgəcdən keçirib almanın üstünə tökürük.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.

Soyuq olanda kəsib çay süfrəsinə verə bilərsiniz. Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.


Nuş olsun!

Comments

comments